Saytımızı qiymətləndirin


 
 

Bağlanacağı deyilən universitetin rektoru DANIŞDI: Vasif Talıbovun qardaşı...
Tarix: 19-10-2023 | Saat: 15:49
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bağlanacağı deyilən universitetin rektoru DANIŞDI: Vasif Talıbovun qardaşı...

 

Sosial şəbəkələrdə "Naxçıvan" Universitetinin bağlanması ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub.

 

Qarabaginfo.az xəbər verir ki, universitetin rektoru Anar Kazımov iddialara münasibət bildirib.

 

O, bu xəbərin dezinformasiya olduğunu deyib.

 

"Bu gün mətbu orqanların birində Universitetimizə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki,  xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır! Universitetimiz əvvəlki qaydada fəaliyyətin davam etdirir!


Eyni zamanda xəbərdə güya  yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb?

 

"Naxçıvan" Universitetinin Məhərrəm Talıbova (Vasif Talıbovun qardaşı-red) nə aidiyyatı olub? Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan  sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ halalr tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah 20 oktyabrda Universitetimiz ilə dünya şöhrətli alim Nobel Mükafatçısı Aziz Sancarla Naxçıvanlı tələbələrin və ziyayıların video görüşü olacaqdır.


Hər kəsdən xahişimiz heç bir rəsmi mənbəyə istinad olmayan xəbərlər paylaşılmasın!

 

Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə  və  ümumiyyətlə cəmiyyətdə hər kəsə açıqdır.  İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa tövhə verəcək xəbərlər əssında quracayıq", - o yazıb.

 

Qeyd edək ki, "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər