Saytımızı qiymətləndirin


 
 

Meşəli sakini: Ermənilər 5 ailə üzvümü öldürüb, girovluqda qulağımı kəsmək istəyirdilər
Tarix: 17-10-2023 | Saat: 15:52
Bölmə:Karusel / Qarabağ / Gündəm | çapa göndər

68 yaşlı Vaqif postda qaldı! - Hüseyni gözləyən anası var, Xaçaturyanı isə Bakıda... - ŞOK VİDEO, FOTO

"Ermənilər girovluqda birinci qulağımı kəsmək istədilər, sonra fikirlərindən daşınıb, məni döyməyə başladılar".

Qarabaginfo.az xəbər verir ki, bunu Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə Meşəli hadisələri zamanı girov götürülmüş Barat Novruzov deyib.

O bildirib ki, Vaqif Xaçatryan girovluqda qardaşı Aramislə birlikdə onu döyüb: "1991-ci ildə müdafiə postunda mən də dayanırdım. Səhərə yaxın postu dəyişddim. Postu dəyişən zaman ermənilər bizi atəşə tutdular. Üzərimizə hücuma keçdilər. Biz onlarla danışdıq ki qadınlara yol verin, biz sizə təslim olaq. Lakin bunlar birinci razı olsa da, bacımgili silahla vurdular. Bacım həmin dəqiqə şəhid oldu. Bunların məqsədi kəndi camaatını öldürmək, girov götürmək idi. Atamı snayper vurararaq öldürdü. Evimizə sığınıb döyüşürdüm. Mən onlarla danışığa getdim ki, qadınları, qızları buraxın, təslim olum. Bunlar razılaşdı. Anam və balaca bacım çıxanda onları öldürdülər. Evimizi qranatla vurdular. Xəsarət aldım, daha sonra evimizi yandırmağa başladılar. Atamın başına pul qoymuşdular. Bilirdim ki, atamın başını kəsib aparacaqlar. Ona görə çıxdım çölə, məni girov götürdülər".

O bildirib ki, girovluqda olanda özünü qayadan atıb:

"Kəndin yuxarısında balaca təpəlik vardı. Orda bir saniyə vaxt oldu və özümü ordan atdım ki, bunlardan xilas olum. Düşünürdüm ki, ölsəm də bunların əlində ölməyim. Şükür ki, ölmədim, lakin onlar məni ölmüş bilirdilər. Yaralı ola-ola qonşu kəndə qədər gedib çıxdım. Meşədə Laçın istiqamətinə yeridim. Qan itirməkdən özümdən getmişəm, gözümü açanda gördüm ki, polisləri başımın üstündə gördüm. O vaxta qədər qardaşımı sağ bilirdim. Sən dəmə, qardaşım döyüşlərdə şəhid olub. Mənim 5 ailə üzvüm bunlar tərəfindən amansızlıqla öldürülüb".



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər