Saytımızı qiymətləndirin


 
 

Kreml Ermənistan-Azərbaycan danışıqlarını təşkil etmək istəyir 
Tarix: 13-10-2023 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər

Kreml Ermənistan-Azərbaycan danışıqlarını təşkil etmək istəyir 

 

Moskva Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinin yekunlaşdırılması üçün hələ də mühüm vasitəçidir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O deyib ki, münaqişənin həlli Rusiya platformasında gerçəkləşsəydi, daha məntiqli olardı.

“Rusiya prezidenti Vladimir Putin bunu təmin etməyə hazır olduğunu bəyan edib. Prezidentin sözlərini eşitdiniz, biz platformamızı təqdim etməyə hazırıq. Prezident nəticə əldə etmək üçün ilk növbədə nazirlər marafonunu, lazım gələrsə, bir gün deyil, bir neçə gün ərzində təşkil etməyə hazır olduğumuzdan danışdı.
Amma seçim əlbəttə ki, Bakı və İrəvanın özündədir”.

Peskov bildirib ki, Bakının bu məsələdə çox konstruktiv mövqeyi var, İrəvan isə hələ tam qərar verməyib: “Biz reaksiya gözləyirik”.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər