Saytımızı qiymətləndirin


 
 

Almaniyada iğtişaşlara hazırlaşırlar - Yəhudi obyektlərinin təhlükəsizliyi gücləndirilir
Tarix: 13-10-2023 | Saat: 14:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyada iğtişaşlara hazırlaşırlar - Yəhudi obyektlərinin təhlükəsizliyi gücləndirilir

 

Almaniya polisi Fələstinə dəstək aksiyaları ilə bağlı iğtişaşlara hazırlaşır. 

Qarabaginfo.az xəbər verir ki, "Bild" nəşri Almaniya Federal Kriminal Polis İdarəsinin (BKA) hazırladığı hesabatı əldə edib. 

Orada deyilir ki, yaxın gələcəkdə ölkədə artan emosiyalar və eyni zamanda mobilizə potensialı gözləmək lazımdır. HƏMAS yaraqlıları bu gün tərəfdarlarını Fələstinə dəstək verməyə çağıraraq, günü “Əqsa tufanı cüməsi” adlandırıblar. 

BKA xəbərdarlıq edib ki, zabitlər aksiyaçılardan "müqavimət və fiziki hücumlar" gözləməlidirlər. Bununla belə, eyni zamanda, təhlükəsizlik departamenti hesab edir ki, Almaniyada İsrail institutları və maraqları üçün hələlik konkret təhlükə yoxdur.

 

Berlində hüquq-mühafizə orqanlarının əməkdaşları ötən həftənin sonundan etibarən əmlaka dəyən ziyan da daxil olmaqla cinayətlərin sayında artım qeydə alırlar. BKA hətta lazımi məlumatları toplayan “Qəzza işçi qrupu” yaradıb. Bundan əlavə, sinaqoqların qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı artırılıb və küçələrdə patrulların sayı artırılıb.

 

Hamburqda HƏMAS tərəfdarlarının kortəbii hərəkətləri təhlükəsi səbəbindən polis bölmələri su şırnaqları ilə silahlanıb. Hessen torpağında isə sinaqoqlar, yəhudi qocalar evləri və muzeylər kimi 350-dən çox obyekt gücləndirilmiş mühafizəyə götürülüb.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər