İki boksçumuz Avropa Kubokunda medalı təmin etdi
Tarix: 12-10-2023 | Saat: 11:14
Bölmə:Karusel / İdman | çapa göndər
1399 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2023 | Saat: 11:14
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.
Qarabaqinfo.az xəbər verir ki, Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) yarımfinala yüksəlməklə buna nail olublar.
M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək.
M.Kazımzadə isə yarımfinal yolunda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. İdmançımızın növbəti rəqibi rusiyalı Cambulat Bijamov olacaq.
Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq.
Qeyd edək ki, Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) isə Miroslav Kapulerlə (İsrail) üz-üzə gələcək.
Xəbəri paylaş
Digər xəbərlər
29-04-2021, 10:08
Şəhid Xudayarı təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA
25-11-2022, 00:45
Müdafiə Nazirliyi Rusiya MN-ə cavab verib: “Maqavuz”un rəsmi adı Çardaqlıdır və Ordumuz bu istiqamətdə heç bir atəş açmayıb
31-08-2021, 20:14
SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu
10-09-2022, 19:56
Zabit Səmədovun vida döyüş gecəsinə start verilib
29-01-2026, 10:30
AMFA: BOKT-ların istiqrazla maliyyələşmə xərcləri yüksəkdir
29-06-2023, 12:38
Mətbuat Şurası AzTV əməkdaşlarının təzyiqə məruz qalmasını pisləyib
27-02-2026, 10:44
Paşinyan Anna Akopyandan ayrılmasına münasibət bildirib, üzr istəyib
13-04-2026, 10:25
Tramp: ABŞ NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirəcək
29-01-2024, 12:42
Gürcüstanın pendir və kəsmik ixracında REKORD
6-05-2026, 16:55
Cəmil Əliyev həlak olan həkimin ailəsinə başsağlığı verdi


















