Saytımızı qiymətləndirin


 
 

İrəvanın yeni meri cərimələndi - SƏBƏB
Tarix: 11-10-2023 | Saat: 17:38
Bölmə:Karusel / Region | çapa göndər

İrəvanın yeni meri cərimələndi - SƏBƏB

 

İrəvanın yeni meri Tiqran Avinyana qarşı inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildirilib.

Məlumata görə, Avinyan seçki kampaniyası zamanı müvafiq sürücülük vəsiqəsi olmadan “Qazel” markalı avtomobil idarə edib. Bununla bağlı çəkilən videorolikdə “Qazel” maşını “İrəvanın son ceyranı” kimi təqdim olunub.
 

Məlum olub ki, T.Avinyan sükan arxasına sürücülük vəsiqəsi olmadan keçməklə yanaşı, həm dəavtomobil idarə edərkən təhlükəsizlik kəməri bağlamayıb.
Ermənistan qanunlarına görə, D kateqoriyalı sürücülük vəsiqəniz yoxdursa, cərimə 25 000 dram, təhlükəsizlik kəməri olmadan nəqliyyat vasitəsini idarə etməyə görə isə 10 000 dramdır.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər