Saytımızı qiymətləndirin


 
 

Mülki şəxslərə hücumu düzgün hesab etmirik - Ərdoğan Fələstin-İsrail gərginliyi barədə
Tarix: 11-10-2023 | Saat: 15:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Mülki şəxslərə hücumu düzgün hesab etmirik - Ərdoğan Fələstin-İsrail gərginliyi barədə

"İraqın Suriyanın şimalında öz yuvalarından ölkəmizə hücum etməyə hazırlaşan və bölgədəki ünsürlərimizi sıxışdırmağa hazırlaşan terrorçulara heç bir möhlət vermirik. Biz hər an onların üstündəyik. Bir müddətdir həyata keçirdiyimiz intensiv hava əməliyyatlarını daha da artıraraq onları hər an, hər yerdə məhv etdiyimizi göstərəcəyik. Bizə pislik edənlərə sonunda cavab verəcəyik. Biz ürəkdən təhlükəsiz, dinc və ortaq gələcəyə doğru addımlamaq istəyirik".

 

Qaraaqinfo.az  TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O, Fələstin-İsrail qarşıdurmasına da toxunub. 

 

“Daha günahsız insanlar ölməməlidir. Bizim mövqeyimiz həm özümüzə, həm də regiondakı bütün müharibə və münaqişələrə münasibətdə aydındır. Biz mülki şəxslərə hücumu düzgün hesab etmirik. Müharibənin bir əxlaqı var və tərəflərin buna əməl etməsini gözləyirik. Təəssüf ki, bu prinsip ciddi şəkildə pozulur. Hər kəs humanitar yardımların kəsilməsi kimi Fələstin xalqını bütövlükdə cəzalandırmaq məqsədi daşıyan impulsiv qərarlardan uzaq durmalıdır", - o qeyd edib.

 

Ərdoğan tərəfləri sülhə çağırıb.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər