Saytımızı qiymətləndirin


 
 

İsrail Fələstinlə son münaqişədəki hərbi itkilərini AÇIQLADI
Tarix: 10-10-2023 | Saat: 11:29
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail Fələstinlə son münaqişədəki hərbi itkilərini AÇIQLADI

 

İsrail Müdafiə Qüvvələri hərbi itkilərin siyahısını yeniləyib.
Qarabaginfo.az xəbər verir ki, “Times of Israel” qəzetinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı ən azı 123 nəfərə çatıb.

Bundan əvvəl münaqişənin gərginləşməsi zamanı 85 İsrail əsgərinin həlak olduğu bildirilirdi.

Bu gün səhər saatlarında İsrail ordusu siyahıya daha 38 hərbçinin adını əlavə edib.

Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı “Əl-Əqsa” İsrailə qarşı “Tufan” əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini deyib.

“Haaretz” nəşri xəbər verir ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi nəticəsində İsrail sakinləri arasında ölənlərin sayı 900-ə çatıb.

Fələstin tərəfinin məlumatlarına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 687 nəfərə çatıb.

“Əl-Qəssam Briqadaları” (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər. HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk bildirib ki, 100-dən çox İsrail vətəndaşı, o cümlədən yüksək rütbəli hərbçilər Qəzza zolağında əsir götürülərək saxlanılıb.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər