Saytımızı qiymətləndirin


 
 

Türkiyənin xarici işlər naziri sabah Bakıya gəlir
Tarix: 10-10-2023 | Saat: 10:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, baş diplomat Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.

“İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq. Türkiyə yaradılmasına liderlik etdiyi İƏT-in dost və qardaş ölkələri ilə birlikdə İƏT regionunda sülh, sabitlik və rifahın artırılması istiqamətində əməkdaşlıq səylərinə töhfə verməyə davam edəcək” , – deyə XİN-dən bildirilib.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər