Saytımızı qiymətləndirin


 
 

Şuşanın Quşçular kəndində 5 hektar sahədə narkotik plantasiyası aşkar edilib
Tarix: 09-10-2023 | Saat: 13:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşanın Quşçular kəndində 5 ha sahədə narkotik plantasiyası aşkar edilib - VİDEO

Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb.

Fermer təsərrüfatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib.

Araşdırmalar davam etdirilir.

 



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər