Saytımızı qiymətləndirin


 
 

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə GƏLDİ
Tarix: 09-02-2022 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin cənubundakı bir sıra hərbi hissələrə baş çəkib, bölmələrin komandanlığı ilə döyüş hazırlığının artırılması məsələlərini müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə düşmən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, nazir yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, kadrların maarifləndirilməsi və hazırlanmasına da daim diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Müdafiə naziri Azərbaycanla sərhəddəki döyüş mövqelərinə də baş çəkib, mühəndis-istehkam işləri, cəbhə xəttində hərbçilərin sosial-məişət şəraiti, mənəvi-psixoloji durumu ilə yerindəcə tanış olub.

Səfərin yekunu olaraq, Papikyan komandirlərə bir sıra tapşırıqlar verib, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasını tapşırıb.



Xəbəri paylaş

265 dəfə oxunub.

Digər xəbərlər