Saytımızı qiymətləndirin


 
 

Bu, eskalasiya deyil, müharibədir - Netanyahu
Tarix: 07-10-2023 | Saat: 14:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu, eskalasiya deyil, müharibədir - Netanyahu

 

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS qruplaşması ilə hərbi əməliyyatların başlamasına münasibət bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, baş verənlərin tamhüquqlu müharibə olduğunu bəyan edib və ehtiyatların geniş şəkildə səfərbər olunmasına göstəriş verib.

 

"İsrail vətəndaşları, biz müharibədəyik, əməliyyatda deyil, müharibədəyik. HƏMAS bizə müharibə elan edib", - o deyib.

 

Baş nazirin sözlərinə görə, səhər saatlarında HƏMAS qruplaşması İsrail və onun vətəndaşlarına qəfil qəfil hücuma keçib.

 

Baş nazirin sözlərinə görə, o, təhlükəsizlik orqanlarının rəhbərlərini toplayıb və əhalinin məskunlaşdığı əraziləri silahlılardan təmizləməyi əmr edib.

 

“Eyni zamanda mən ehtiyatların geniş şəkildə səfərbər edilməsini əmr etdim. Düşmən heç vaxt bilmədiyi qiyməti ödəyəcək”, - deyə Netenyahu əlavə edib.

 

İsrail ordusunun mətbuat xidmətinin rəhbəri briqada generalı Daniel Agari bildirib ki, İsrail ərazisinə 2 mindən çox raket atılıb. “Biz Qəzzadan İsrailə daxil olan onlarla terrorçu ilə döyüşürük. Ordunun bütün qollarından minlərlə ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırışı elan edilib. Vətəndaşlardan xahiş edirik ki, təmkinli olsunlar, yoxlanılmamış məlumat yaymasınlar. Biz müharibə aparırıq”, - deyə general bildirib.

 


Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər
13-03-2024, 13:22 Sabah da yağış yağacaq