Saytımızı qiymətləndirin


 
 

FTX Rusiya Qvardiyasının “Vaqner”in qiyamında iştirakını araşdırır- ISW
Tarix: 23-09-2023 | Saat: 12:54
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya Qvardiyasının yüksək rütbəli məmurlarının Yevgeni Priqojin və “Vaqner”in qiyamında mümkün iştirakını araşdırır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Müharibəni Öyrənmə İnstitutu (ISW) bu barədə öz hesabatında bildirib.

Məlumata görə, FTX Rusiya Qvardiyasının məmurlarına qarşı təhqiqat aparır. Qurum hesab edir ki, onlar “Vaqner”çilərə Rusiya Qvardiyasının anbarlarında mərmi və texnikanın əhəmiyyətli hissəsini gizlətməyə icazə veriblər. Bu razılaşma qiyam bitdikdən sonra, “Vaqner” muzdluları tərksilah edilməli olan zaman əldə edilib.

“Kreml çox güman ki, “Vaqner”in qiyamından sonra Rusiyanın daxili təhlükəsizlik aparatını Rusiya Qvardiyası ətrafında birləşdirməyə çalışıb. Qiyamdan dərhal sonra məlum olub ki, Rusiya Qvardiyası tanklar və ağır silahlar alacaq”, – ISW bildirir.

Sentyabrın 21-də Dumaya Rusiya Qvardiyasına könüllü birləşmələri daxil etməyə imkan verən qanun layihələri paketinin daxil olduğu məlum olub. Qanun layihəsinin müəlliflərindən olan deputat Aleksandr Xinşteyn təşəbbüsün “Vaqner”in keçmiş bölmələrinin Rusiya Qvardiyasına verilməsi ilə bağlı şayiələrlə heç bir əlaqəsi olmadığını deyib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər