Saytımızı qiymətləndirin


 
 

“120-dən çox dövlət qurumu təhlükəsizlik təlimatı hazırlayıb”
Tarix: 23-09-2023 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

120-den-cox-dovlet-qurumu-tehlukesizlik-telimati-hazirlayib

“Hazırda 120-dən artıq dövlət qurumu İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyanın tövsiyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq təsdiq edib”.

Qarabaginfo.az xəbər verir ki, bunu “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov bildirib.

“Dövlət qurumlarında internetdən təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat" layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib. Bununla yanaşı Komissiya tərəfindən “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” hazırlanıb”,- A.Əhədov vurğulayıb.

Qeyd edək ki, sentyabrın 21-də Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı başlayıb. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan “ICSD 2023”də dünyanın müxtəlif yerlərindən sənaye ekspertləri, kibertəhlükəsizlik mütəxəssisləri, hökumət rəsmiləri və həvəskarlar bir araya gəlir. Tədbirin əsas missiyası kibertəhlükəsizlik anlayışını artırmaq və günümüzün rəqəmsal mənzərəsində inkişaf edən problemlərin həllində əməkdaşlığı təşviq etməkdir.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər