Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi
Tarix: 21-09-2023 | Saat: 13:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ ərazisində antiterror tədbirləri beynəlxalq və yerli qanunlara uyğun şəkildə və yüksək peşəkarlıqla həyata keçirildi. Cəmi 24 saat ərzində cinayətkar terror qruplaşmasının arsenalında olan müxtəlif yönümlü hərbi texnika, silah-sursat anbarları, maşın və avadanlıqlar, mühəndis-istehkam qurğuları sərrast atəşlərlə məhv edildi.

 Qarabaqinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 Tədbirlərə başlamazdan əvvəl ərazidə yaşayan erməni əsilli mülki əhalinin öz dillərində həm elektron üsullarla, həm də səsgücləndiricilər vasitəsilə məlumatlandırılması, onların zərər çəkməməsi üçün təhlükəsizlik sığınacaqlarının yaradılması, həmin sığınacaqlarda mülki əhalinin zəruri qida məhsulları və tibbi yardımla təmin olunması üçün önləyici addımların atılması Azərbaycan tərəfindən savaş qanunlarına ciddi əməl olunduğunu göstərir. Görülən tədbirlərin nəticəsi olaraq silahlı terror qruplaşmasına qarşı keçirilən antiterror tədbirlərində mülki əhaliyə heç bir zərər dəymədi.

 

Bəzi erməni siyasətçilərin və millətçi blogerlərin yaydığı saxta məlumatlara rəğmən Azərbaycan Ordusunun müstəsna olaraq hərbi hədəfləri nişan alması tədbirlər zamanı lentə alınan video-görüntülərlə də təsdiq olunur. Qarabağ ərazisində özünə yuva salmış qeyri-qanuni hərbi birləşmələrin ağ bayraq qaldırmaqla təslim olması Cənubi Qafqazda son 30 il ərzində qanuni hakimiyyət tərəfindən nəzarət olunmayan “boz zona”nın birdəfəlik ləğv olunması ilə nəticələndi.

 

Bu tarixi bir hadisədir. Bu hadisənin baş verməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsinə yönəlmiş beynəlxalq miqyaslı təzyiqlər, bəzi güc mərkəzləri tərəfindən bölgəyə qeyri-qanuni müdaxilə cəhdləri də minimuma endirildi. Azərbaycan dövlətinin apardığı praqmatik, ardıcıl və qətiyyətli siyasət bölgəmizdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruri şəraitin yaranmasına gətirib çıxardı. Bu isə bütövlükdə Avropada sülhün və təhlükəsizliyin bərqərar olunmasına Azərbaycanın verdiyi əvəzsiz bir töhfədir. Dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu böyük töhfəni layiqincə qiymətləndirəcəyinə ümid edirik.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər