Saytımızı qiymətləndirin


 
 

DİN: İctimai təhlükəsizliyin qorunması istiqamətində bütün tədbirlər icra olunur
Tarix: 20-09-2023 | Saat: 10:38
Bölmə:Karusel | çapa göndər

DİN: İctimai təhlükəsizliyin qorunması istiqamətində bütün tədbirlər icra olunur

İctimai təhlükəsizliyin qorunması istiqamətində bütün tədbirlər icra olunur.

Qarabaginfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, antiterror əməliyyatları keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyi polis tərəfindən icra olunur:

"Erməni sosial şəbəkə seqmentləri ajiotaj yaratmaq üçün yalandan məlumat yayırlar ki, guya vəziyyət onların xeyrinədir. Lakin bu belə deyil. Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən nikbin müraciətlər daxil olur. Əməliyyatları dəstəkləyirlər. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Onların yaydığı məlumatlar 100 faizi yalandır. Həmin ərazidə olan əməliyyatlar yüksək dəqiqliklə aparılır”.

Elşad Hacıyev qeyd edib ki, 10-a yaxın lazımsız informasiyalar yayan şəxslər nazirliyə dəvət olunaraq söhbətlər aparılıb. Biz həm müraciət edib həm də xəbərdarlıq edirik ki, yayılan informasiyalara diqqət yetirsinlər".



Xəbəri paylaş

93 dəfə oxunub.

Digər xəbərlər