Saytımızı qiymətləndirin


 
 

DTX rəisi: "Azərbaycanda yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxkonfesiyalı dövlətin əsasını təşkil edir"
Tarix: 18-09-2023 | Saat: 12:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Yeni DTX şefi Əli Nağıyev kimdir? - Günün Səsi

“Monoetnik Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər”.

Qarabaginfo.az, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xidmət rəisinin sözlərinə görə, hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar: “Onda sual yaranır, necə olub ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşayıb, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olublar. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər”.

"Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlılar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür”, - Ə.Nağıyev vurğulayıb.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər