Saytımızı qiymətləndirin


 
 

Bakı metrosunda pulsuz "Wi-Fi"ın quraşdırılması rentabelli deyil?
Tarix: 19-10-2021 | Saat: 14:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakı metrosunda pulsuz Wi-Fiın quraşdırılması rentabelli deyil?

“Bakı Metropoliteni” QSC stansiyalarda və qatarlarda Wi-Fi şəbəkəsinin quraşdırılmasını rentabelli hesab etmir.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında qurumun İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətinin rəisi Hüseyn Quliyev Bakı metrosunda pulsuz Wi-Fi-ın olmamasına münasibət bildirərkən deyib.

"Bu məsələ hələ ki, gündəmdə deyil. Belə bir şəbəkənin qurulması bir neçə milyon manatlıq investisiya tələb edir. Bu investisiyanı yatırmaq üçün isə şirkətlərin hər-hansı maraqları olmalıdır. Artıq ölkədə olan mobil operatorlar bəyan edib ki, stansiya platformalarında və qatarlarda olan sərnişinlərin LTE (Long Term Evaluation) yaxud 4G şəbəkəsindən daha rahat istifadəsi üçün fəaliyyət həyata keçirirlər və biz bu işlərin nəticəsini görməkdəyik. Yəni metro platformalarında və qatarlarda sürətli mobil internet kifayət qədər əlçatandır. Bu səbəbdən də hansısa sərnişinin pulsuz Wi-Fi-dan istifadə etməsi üçün 30 saniyəlik reklam çarxına baxması heç də real görünmür. Bir sözlə, belə reklamlar sayəsində pulsuz WiFi şəbəkəsi üçün çəkilən xərcləri qarşılamaq mümkün deyil”,- deyə o, qeyd edib.



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər