Saytımızı qiymətləndirin


 
 

21-ci əsrin ən qanlı müharibələri
Tarix: 15-09-2023 | Saat: 17:37
Bölmə:Karusel / Dünya | çapa göndər

 

21-ci əsrin ən qanlı müharibələri

Aktual

 
15 Sentyabr 2023, 17:24

Məşhur yapon əsilli yazıçı və siyasətçi Frensis Fukuyama "soyuq müharibə"nin sona çatmasının Qərb demokratiyasının qələbəsi olduğunu və 21-ci əsrin sülh və firavanlıq gətirəcəyini bildirmişdi.

Lakin 11 sentyabrda ABŞ-da baş verən terror hadisəsi və ABŞ-ın terrora qarşı hərbi əməliyyatları bu tezisi şübhə altına aldı.


Modern.az 21-ci əsrin ən ölümcül müharibələrini araşdırıb.


1. İkinci Konqo müharibəsi (1998-2003)


İkinci Konqo müharibəsi Ruanda soyqırımı və Zair liderinin devrilməsi nəticəsində başlayıb. 1997-ci ildə Loran Kabila Zairin adını Konqo Demokratik Respublikası adlandırdı. Lakin onu hakimiyyətə gətirən qüvvələrlə arasında  toqquşma baş verdi və ölkənin şərqi döyüş meydanına çevrildi. Doqquz ölkənin ordusu və silahlı qüvvələri bölgəni xarabalığa çevirdi.

Hərbi toqquşmalar zamanı Anqola, Namibiya, Çad, Sudan və Zimbabve Kabilanın Konqo hökumət qüvvələrini, Burundi, Ruanda və Uqanda qoşunları isə Kabila əleyhinə olan üsyançıları dəstəkləyib.

Müharibə zamanı kütləvi zorlamalar, talanlar baş verirdi, maddi imkandan məhrum olan xalq ağır vəziyyətdə qalmışdı. Təxminən üç milyon insan, əsasən mülki şəxslər, münaqişədə xəstəlik və ya qida çatışmazlığı nəticəsində həlak oldular.

2. Suriya vətəndaş müharibəsi
 

Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. Öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan etirazçılar  arasında peyda olan təxribatçılar tərəfindən polisə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri-rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. 

3. Əfqanıstan müharibəsi


ABŞ 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror hadisəsindən sonra Talibanın nəzarətində olan Əfqanıstana hava zərbələri endirib. Taliban Əl-Qaidə üçün sığınacaq təmin etdiyinə görə hədəfə alınıb. 2001-ci ildə Taliban hakimiyyətdən devrildi, lakin Əfqanıstan və Pakistan talibləri sərhəd bölgələrində güc qazandılar. Taliban İraqda üsyançıların taktikasını mənimsəyib, hərbi və mülki hədəflərə hücum edib və xaşxaş becərilməsini artırmaqla fəaliyyətini maliyyələşdirib. 2001-2016-cı illər arasında 30.000 Əfqanıstan əsgəri və polisi, 31.000 mülki şəxs və 3.500-dən çox NATO əsgəri həlak olub. Bundan əlavə, 30 min Pakistan hökumət qüvvəsi və mülki şəxs Pakistan Talibanı tərəfindən öldürülüb.

4. Boko Haram qiyamı


Boko Haram təşkilatı 2002-ci ildə Nigeriyada İslam qanunlarını tətbiq etmək məqsədi ilə yaradılıb. 2009-cu ildə polis reyd keçirib. Bu zaman terror qruplaşmasının 700-dən çox üzvü öldürülüb. Boko Haram 2010-cu ildən sui-qəsdlər və hücumlar həyata keçirib. Terrorçu qruplaşma 2014-cü ildə 300 məktəbli qızı qaçırıb. Qrup 2016-cı ilə qədər nəzarəti altında olan ərazini genişləndirməyi bacarıb. Ən azı 11 min dinc sakin həlak olub, 2 milyondan çox insan isə qaçmaq məcburiyyətində qalıb.

5. Yəmən vətəndaş müharibəsi


Yəməndə vətəndaş müharibəsi "Ərəb baharı" və Əli Abdullah Saleh hökumətini devirən üsyanla başlayıb. Hökumət qüvvələri ilə müxalifət arasında toqquşmalar baş verib və Salehi Əbd Rabbuh Mənsur Hadi əvəzləyib. 2014-cü ildə husi üsyançıları Səna şəhərini işğal edib və Hadi ölkədən qaçıb. Müharibədə 375 mindən çox insan həlak olub, 3 milyondan çox yəmənli köç etmək məcburiyyətində qalıb.

6. Rusya-Ukrayna  müharibəsi


Rusiya-Ukrayna müharibəsi 2014-cü ildə Viktor Yanukoviçin vəzifədən uzaqlaşdırılması ilə başlayıb. Rus qoşunları Krımı işğal edib, Donetsk və Luqansk vilayətlərini nəzarətə götürüb. 2015-ci ildə atəşkəs imzalanıb, lakin qarşıdurmalar davam edib və 14 mindən çox insan həyatını itirib.

2022-ci il fevralın 24-də Rusiya yenidən Ukraynaya qarşı  genişmiqyaslı işğala başladı. Münaqişənin ilk günlərində Rusiya qüvvələri əhəmiyyətli nailiyyətlər əldə etsə də, ukraynalı müdafiəçilər Kiyevi və digər böyük şəhərləri ələ keçirmək cəhdlərini dəf etdilər və tezliklə Rusiya mövqelərinə qarşı hücumlara başladılar.

Döyüşlərdə 100 minə yaxın ukraynalı əsgər həlak olub. Ukrayna əhalisinin üçdə birindən çoxu münaqişə səbəbindən mühacirət etməyə məcbur olub. Rusiya işğal etdiyi ərazilərdə də etnik təmizləmə həyata keçirib və 1,6 milyona yaxın Ukrayna vətəndaşı zorla Rusiya ərazisinə köçürülüb. Putin Ukraynanın fəthini bir neçə gün ərzində başa çatdıracağına ümid edirdi, lakin bir illik qanlı döyüşlərdən sonra təqribən 200 min rus əsgəri həlak olub və Rusiyanın adi hərbi qabiliyyəti xeyli zəifləyib.



Xəbəri paylaş

1139 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır