Ana Sayfa > Karusel / Dünya > 21-ci əsrin ən qanlı müharibələri
21-ci əsrin ən qanlı müharibələri15-09-2023, 17:37. Yazar: Admin |
Məşhur yapon əsilli yazıçı və siyasətçi Frensis Fukuyama "soyuq müharibə"nin sona çatmasının Qərb demokratiyasının qələbəsi olduğunu və 21-ci əsrin sülh və firavanlıq gətirəcəyini bildirmişdi. Lakin 11 sentyabrda ABŞ-da baş verən terror hadisəsi və ABŞ-ın terrora qarşı hərbi əməliyyatları bu tezisi şübhə altına aldı.
Hərbi toqquşmalar zamanı Anqola, Namibiya, Çad, Sudan və Zimbabve Kabilanın Konqo hökumət qüvvələrini, Burundi, Ruanda və Uqanda qoşunları isə Kabila əleyhinə olan üsyançıları dəstəkləyib. Müharibə zamanı kütləvi zorlamalar, talanlar baş verirdi, maddi imkandan məhrum olan xalq ağır vəziyyətdə qalmışdı. Təxminən üç milyon insan, əsasən mülki şəxslər, münaqişədə xəstəlik və ya qida çatışmazlığı nəticəsində həlak oldular. 2. Suriya vətəndaş müharibəsi Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. Öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan etirazçılar arasında peyda olan təxribatçılar tərəfindən polisə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri-rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. 3. Əfqanıstan müharibəsi
4. Boko Haram qiyamı
5. Yəmən vətəndaş müharibəsi
6. Rusya-Ukrayna müharibəsi
2022-ci il fevralın 24-də Rusiya yenidən Ukraynaya qarşı genişmiqyaslı işğala başladı. Münaqişənin ilk günlərində Rusiya qüvvələri əhəmiyyətli nailiyyətlər əldə etsə də, ukraynalı müdafiəçilər Kiyevi və digər böyük şəhərləri ələ keçirmək cəhdlərini dəf etdilər və tezliklə Rusiya mövqelərinə qarşı hücumlara başladılar. Döyüşlərdə 100 minə yaxın ukraynalı əsgər həlak olub. Ukrayna əhalisinin üçdə birindən çoxu münaqişə səbəbindən mühacirət etməyə məcbur olub. Rusiya işğal etdiyi ərazilərdə də etnik təmizləmə həyata keçirib və 1,6 milyona yaxın Ukrayna vətəndaşı zorla Rusiya ərazisinə köçürülüb. Putin Ukraynanın fəthini bir neçə gün ərzində başa çatdıracağına ümid edirdi, lakin bir illik qanlı döyüşlərdən sonra təqribən 200 min rus əsgəri həlak olub və Rusiyanın adi hərbi qabiliyyəti xeyli zəifləyib. Geri dön |