Tarix: 13-09-2023 | Saat: 14:30
Bölmə:Karusel / Dünya | çapa göndər
“Azərbaycan ərazisinə humanitar məqsədlərlə yardım gətirmək istəyən hər bir dövlət, istənilən təşkilat və qurum öz niyyətini Azərbaycanın müvafiq hökümət orqanları ilə məlumatlandırmalıdır”.
Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Azərbaycan hökümətinin bu yardımı qəbul etməyə razı olduğu halda yüklər razılaşdırılmış marşrutla razılaşdırılmış məntəqəyə çatdırıla bilər.
“Bu bütün dövlətlərdə ümumi qaydadır. Ermənistan və Fransa bu kimi lazımi qaydalara əməl etmədən humanitar yardım bəhanəsi ilə bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. Aydındır ki, onların əsl məqsədi Qarabağda yaşayan ermənilərə yardım çatdırmaq yox, sadəcə Azərbaycan ərazisində öz iradəsini yeritmək və bununla da guya Laçın yolunun müstəsna olaraq ermənilərin istifadəsində olduğunu bizə və dünyaya qəbul etdirmək cəhdləridir. Azərbaycan buna yol verə bilməz. Hər bir ölkədə olduğu kimi, Azərbaycan ərazisinə də müvafiq dövlət qurumlarının icazəsi olmadan daxil olmaq və ora istədikləri yükü istədikləri yolla gətirmək mümkün deyil”.
“Amma heç zaman heç bir dövlət və heç bir beynəlxalq təşkilat bu əməliyyatları qanuni seçkilər kimi tanımayıb. Xüsusilə indi, torpaqlar azad olunduqdan və Azərbaycanın nəzarətinə keçdikdən sonra yenidən belə şouların təşkil edilməsi erməni sarsaqlığının əlamətidir. Gözlənildiyi kimi də yenə də heç bir dövlət və beynəlxalq təşkilat bu seçkiləri tanımadı və əksinə, bu proseslər aparılan sülh danışıqlarına xələl gətirən addım kimi dünyanın aparıcı dövlətləri tərəfindən qınağa məruz qaldı. Qarabağda gizlənən separatçılar bu cür qeyri-qanuni əməlləri ilə daha bir cinayət əməlinə imza atmış oldular və buna görə də Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər və cəzalarını alacaqlar”.
“Azərbaycan qısa müddətdə azad olunmuş ərazilərdə önəmli işlər görüb, artıq Zəngilana, Laçına, Füzuliyə əhalinin köçü başlayıb. Qısa müddətdə Azərbaycanın belə önəmli işlər görməsinin şahidi olan Qarabağda yaşayan ermənilər hansı nəticəni çıxarmalıdır?” – sualına cavab verən deputat qeyd edib ki, əgər Qarabağda yaşayan sadə erməni əhalisindən danışırıqsa, onların çoxu Azərbaycan vətəndaşı kimi ölkəmizin qanunları çərçivəsində yaşamağa üstünlük verərdilər.
“Onlar azad olunmuş ərazilərdə də, eləcə də Azərbaycanın digər bölgələrində baş verən inkişafdan xəbərdardırlar. Amma problem ondadır ki, onlar öz iradələri ilə heç bir addım ata bilməzlər. Faktiki olaraq separatçı rejim onları öz ambisiyalarının girovuna çevirib və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə hədə-qorxu gəlir. Separatçı rejimin “rəhbərləri” yaxşı anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə onların bütün iddialarına son qoyulmuş olacaq və onlar 30 il ərzində törətdikləri saysız-hesabsız cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar. Mövcud vəziyyətin mümkün qədər uzadılması hələlik müvəqqəti də olsa onlara azadlıqda qalmaq imkanı verir. Ona görə də həm separatçılar və həm də Ermənistanda onları dəstəkləyənlər hər vəchlə münasibətlərin tənzimlənməsinə və Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə re-inteqrasiyasına mane olmağa çalışırlar. Lakin Azərbaycanın da səbri sonsuz deyil”
Digər xəbərlər