Saytımızı qiymətləndirin


 
 

Fransanın özü "Böyük Ermənistan"a çevrilib - Deputatdan vacib AÇIQLAMA
Tarix: 02-09-2023 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransanın özü

Son günlər Fransa rəsmilərinin Azərbaycana qarşı təxribatları artıb. Ölkənin prezidenti və xarici işlər naziri Azərbaycana qarşı gülünc və saxta ittihamlarla dolu bəyanatlar səsləndirib.

 

Yerli mətbuatın məlumatına görə, rəmi Paris Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.  Bundan başqa Paris meri Anna Hidalqonun rəhbərliyi altında bir qrup Fransa rəsmisi Qarabağa guya "humanitar yük" aparmaq üçün 10-a yaxın yük maşını kirayələyib və Azərbaycan-Ermənistan sərhədinə göndərib.

 

Rəsmi Bakı Fransanın bütün təxribatlarına layiqincə cavab verib. "Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir", - XİN-in məlumatında deyilir.

 

Fransanın təxribatları ilə bağlı Qarabaqoinfo.az-a danışan Milli Məclisin İnsan hüquqları kommitəsinin sədri Zahid Oruc bildirib ki, ümumiyyətlə “TIR şousu”nun səbəbi separatçıların və xarici kriminal qüvvələrin maliyyə mənbəyinin Azərbaycan tərəfindən kəsilməsidir:

 

“Laçın-Xankəndi yolu dinc aksiyaçılar tərəfindən məhz ekoloji səbəblərdən tutulandan sonra Azərbaycanın prosesi daha da irəliyə aparıb, suverenliyini Laçında sərhəd-buraxılış məntəqəsini qurmaqla bərpa edəcəyi gözlənilən idi. Bunu  məhz suverenlik məbədi adlandırırıq. Bu buraxılış məntəqəsi Qazaxda, Qusardakı sərhəd-buraxılış məntəqələri ilə eyni statusda deyil. Son yüz illər ərzində orada sərhəd-buraxılış məntəqəsi olmayıb. Biz onu istehkam adlandırırıq. Bundan sonra yeni tendensiya yarandı. Erməni teleqram kanalları və media quruluşları aclıqlarının 10, 50 və 100-cü günlərini  qeyd etməyə başladı. Tarixdə bu qədər ac qalmaq nümunəsi yoxdur. O zaman ki, xarici qüvvələrin bura rahat girş-çıxışının qarşısı alındı, separatçıların və xarici kriminal dairələrin korrupsiya mənbələrinə zərbə dəydi, həmin qüvvələr prosesi daha da pik həddə çatdırmaq üçün humanitar yardım adı altında bölgəyə TIR-lar göndərildi. Böyük bir aksiya başladıldı. Bunun oradakı yerli ermənilərə heç bir faydası yox idi. Ona görə ki, 35 il bundan öncə Razdan meydanına çıxıb, “Miatsum” qışqıran yüz minlələrlə erməni mübarizə meydanında önə çıxan onlarla eyni libasdakı Sarkisyanlar, Köçəryanlar və Ohanyanların indi milyardlara sahib olduqlarını görür. Sabiq müdafiə naziri Seyran Ohanyan ayağının birini müharibədə itirib. Ancaq əvəzində sərvətlər qazanıb. İndi o özünü minayaqlı kimi hiss edə bilər. Erməni xalqı onda ayıldı ki, onlara vaxtilə rəhbərlik edənlər Azərbaycanın 7 rayonunu, eyni zamanda ermənilərin özünün də sərvətlərini ələ keçirirək özlərinə çoxsayda minayaqlı rəhbərlər düzəldiblər. Xankəndi və Xocavənd ermənilərini öz təsiri altında saxlamaq istəyən yerli qruplar,  xaricdə olub həmişə bu layihələrdən  siyasi biznes aparan, seçki  kampaniyası quran, prosesi o cür istismar edərək faydalar götürən, bölgəni daim təzyiq altında saxlayıb bizi strateji hədəflərimizdən döndərmək istəyənlər gördü ki, proses onların senarisi üzrə hərəklət etmir. Nəticədə sərhədə 19 TIR yerləşdirdilər. Azərbaycanın sərhədi bağlamaqda məqsədinin guya Qarabağın dağlıq hissəsində yaşayan erməniləri ac saxlamaq, onlara qarşı humanitar genosid etməklə bölgəni ermənisizləşdirməkdi dedilər”.

 

Komitə sədri vurğulayıb ki, bu tamamilə cəfəng ifadə idi:

“Bir neçə təbii ölümünü yaşayanları çıxmaq şərtilə minlərlə insanın yalnız aclıqdan ölməsi səhnəsi baş vermədi. 2020-ci ildə savaşın ikinci günündə Ermənistan Baş naziri Nikol Paşinyan ekzistensialist təhlükə  termini ilə çıxış  etdi. Buna Kandaliza Rays 2008-2010-cu illərdə keçmiş Serbiya torpağının müstəqilliyə nail olması üçün istifadə etmişdi.Kosova albanları ekzistensial təhlükə, yəni onların varlığına serblərin qəsd etdiyini, beləliklə də, sağ qalmaq üçün ayrılmaq istəyirdilər. Ermənilər buna nail ola bilmədi. Çünki 10 minlərlə insan müharibədə məhv olmalı idi. Onların  bütün infrastrukturları məhv edilməli idi. dünya da görməliydi ki, Azərbaycan sən demə, Xankəndidə yaşayan sadə ermənilərin qəsdinə durub. Yalnız bundan sonra  saxta müstəqillik hərəkatı baş tutardı.  O alınmadığına görə bunu 3 il sonra humanitar  səhnə üzərindən etmək istədilər. Azərbaycan haqlı olaraq bəyan etdi ki, bu humanitar yardımların məqsədi kiminsə aclığını ortadan qaldırmaq üçün deyil. Tox qüvvələr,  bu senari üzərindən  planlarını həyata keçirən, Azərbaycanı, Xəzəri udmağa, Qafqazlarda hökmranlıq etməyə çalışan Qərb dairələrin niyyətləri həqiqətən sülhdürsə, birinci növbədə Azərbaycanın öz vətəndaşlarına sahib durmasına, oradakı real qanuni  münasibətləri bərqərar  etməyə imkan versinlər. Şuşada,Laçında, Zəngilanda gedən quruculuq işləri Xankəndidə də getsin.  O cümlədən o insanlar  Azərbaycan qanunları altında yaşayacaq. Bax, buna imkan verməmək üçün həmin TIR-ları, ayrı-ayrı korrupsioner ermənilərin maşınlarını  Azərbaycana təzyiq göstərmək üçün gətirib sərhədin qarşısında saxladılar. Ac olmamalarına baxmayaraq, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti  yardım göndərib, humanitar addıma hazırıq mesajını verən kimi, dünən Əsgərandan o adamları çıxarıblar. Mən əminəm ki, onlar öz iradələri ilə hərəkət edən adamlar deyil. Müəyyən dairələrin əlində vasitə olanlardır.  Arayik Hartunyan 3 gün ərzində istefa verəcəyini demişdi.  Bu o deməkdir ki, daxili qarşıdurma özünün pik həddinə çatıb. Arayik Harutunyanın da gizli gəlir mənbələri zərbə aldığından o meydanı tərk edir. 0Ruben Vardanyan  əvvəlki fonda Azərbaycanın təzyiqləri altında meydandan çıxdısa da, hələki ərazini tərk etməyib. Düşünürlər ki,bəlkə, müvəqqəti olaraq rəhbərliyi üzərinə o götürər. Onlar bilirlər ki, bu Azərbaycanın mövqeyi ilə qəti şəkildə uzlaşmayacaq.  O legitim hərbi hədəfə çevriləcək”.

 

Z.Oruc 40 ton yardımı qəbul etmə deyənlərin Xankəndidə hansısa ac qalanların ölümünü istədiyini söyləyib:

 

“Düşünürəm ki, 40 ton undan bəlkə də, minlərcə insan ac olmasa da,  əlavə çörək əldə edər, güzəran edərdilər. Onları illərlə cinayətlə yemləyən kriminal rejimdən azad olmasının qarşısını kəsərdilər. Amma bu dəfə  sadə ermənilərin eyni senarini təkrar etməyəcəyinə əminəm. Bu fonda Azərbaycanla qeyri-adi fonda qarıdurma baş verən deyil. Sadə ermənilərin öz könlünün istəyinə buraxılsa, bir an öncə  bütün  ortada olan düşmənliyi aradan tədricən qaldırmaq olar. Humanitar yardımı qəbul  etmə deyənlər həqiqətən orada ac olanlar varsa, onların ölümündə maraqlıdırlar. İndi sübut olundu ki,  o yüklər qəbul olunsa da, olunmasa da prosesin qalibidir.  Ona görə ki,  bu yardımı qəbul etməməklə ac olmadıqlarını,  onların rəhbərlərinin tox olduğunu, xarici iradəni  orada bərqərar etmək istəklərini  bütün dünyaya göstərəcəklər”.

 

Deputat Fransanın indi özünün “böyük Ermənistan”a çevrildiyini vurğulayıb:

 

“Boqosyanlar, Rafael Qluksman kimi cani ermənilər 2-ci və 3-cü nəsil kimi Fransada lövbər salıblar və Yelisey sarayına güclü  təsir qüvvəsinə malikdirlər. Marseldən çıxan o iki maşında bu təsirin göstəricisidir. Fransa indi özü boyda “böyük Ermənistan”a çevrilib. Açıq şəkildə Azərbaycan əleyhinə mövqe tutmaqdadırlar. Dünənki Makronun zəngi o mərama xidmət edir ki, Qafqazlarda hər hansı təsir qüvvələrini saxlamaq istəyirlər. Lakin un və çörək ətrafında dava getmir. Bu dəqiqdir. İştahası  böyük olan,  bölgəni bütöv udmağa hazır olan NATO, Qərb  2020-ci il savaşından sonra regiondan çıxmışdı. Onlar Avropa Müşahidə Missiyası adı altında bölgəyə qayıtmaq istəyirlər. Bu “TIR”ların arxasında duran həmin qüvvələrdir. Ona görə də, mən düşünürəm ki,  Azərbaycan tərəfindən bu yardımları  faktiki olaraq qəbul ediləcəyinə dair heç bir illuziya yoxdur. Halbuki əvvəlki dövrdə Sərhəng su hövzəsi və stansiyasının  idarə olunması məsələsində Azərbaycan nümayəndələri çox rahatlıqla yerli sakinlərlə görüşmüşdülər. Çoxları 45-50 yaşdan yuxarıdır. Ortaq iş təcrübələrinə malikdirlər. Mən şəxsi söhbətlərdən xəbərdaram. Bir çoxları hər şey normallaşmağını,onlar yenə də azərbaycanlılarla Azərbaycan hakimiyyəti altında bir yerdə yaşamağı gözlədiklərini demişdilər.  Sərhən əslində əməkdaşlığın, normal  münasibətlərin olduğuna dair mini model ola bilərdi. Bunu Xankəndiyə tətbiq etmək barədə düşünmə olardı. Onun qarşısını alan qüvvələr Yeliseydən əmr verirlər ki, 40 ton yardımı qəbul etməyin. Biz sizə yüklər göndərəcyik. Halbuki nəsə göndərməyəcəklər”.

 

Komitə sədri Azərbaycanın artıq ciddi reaksiya göstərdiyini qeyd edib:

 

“Mən əminəm ki, artıq ölkə başçısı  qapalı qapılar arxasında Makrona ölkəmizin sərt  mövqeyini ifadə edir. Humanitar dəstək  kampaniyası əsla deyil. Azərbaycan üzərində despotizm və müstəmləkəçilik qurmaq məqsədləri var. Ancaq bizim ölkəmiz Nigeriya deyil. Artıq bütün dünya Afrikada bir ayda baş verənləri görür. Hər halda Fransa səfirliyinin qarşısında toplaşan 10 minlərlə insaı biz ora yığmamışıq. Həmin o liderlər ki, sadə xalqın önünə çıxıblar ki, Fransanın illərlə Afrikanı, Nigeriyanı  sömürməsindən  təngə gəliblər.  o səhnə Cənubi Qafqazlılar üçün siqnaldır. Geosiyasi tanrılar Azərbaycan xalqının üzərindədir ki, hadisələr məhz indi   cərəyan edir. Bir görk səhnəsidir.  Qafqazda yüz  il qabaq ingilislər Bakıdaydı, Alman qoşunları Gürcüstandaydı. Anqlo-sak qüvvələin bir qismi də təzə qurulan Ermənistana gəlmişdilər. O vaxt hələ cümhuriyyəti qurmağa qalxan Atatürk Türkiyəsinə lövbər salmışdılar. Yaxşı, məsələn  Ermənistan Fransanın hökmranlğını qəbul etmək istəyirsə, görmürlər ki, afrikalılar ayağa qalxıb? Onlar milyardlarla sərvətlərini talayan Fransa əleyhinə etiraz edir. Bu etirazları görən Qafqazlılar nə deyib, irəli duracaq ki, bizi Parisdən idarə etsinlər. Azərbaycanın və onun Prezidentinin mövqeyi açıqdır. Əgər “böyük Ermənistan”çılıq niyyətləri varsa, Marseldə yox, dünyanın harasında olsa da ermənilərə meydan verin. Onsuz da  bu 330 il ərzində ermənilər dövlətlərini elan edəndən spnra emənilər başlarını götürüb qaçıblar. İmmiqrasiya və Emmiqrasiyaya məruz qalıblar.  Dünən  Süren Sürenyan adlı erməni poitoloq haqlı olaraq deyir ki, “Qarabağ itirilibdir. Onsuz da heç bizə aid deyildi. Heç olmasa, gəlin, Ermənistanı qoruyaq”. Erməni olanda nə olar? Bu fikirlər çox yaxşı epiqrafdır. Bunu əldə əsas götürsələr, bölgədə yolları aççılsa, bundan ermənilər də fayda əldə edər. Çünki tarix sübut edir ki,  ermənilər demoqrafik cəhətdən artırlar.  Müharibədə isə azalırlar. Biz onları qırmamışıq. Soyqırımından söhbət getmir. Sadəcə erməni analar dünyaya uşaq gətirmək mövqeyindən imtina ediblər.  Bu demoqrafik ölüm adlanır. Xarici qüvvələrdən bundan sonra da Xankəndiyə  yardımların  rəsmi Bakı üzərindən həyata keçirilməsində heç bir problem yoxdur. Əslində, aksiyanın da səbəbi dünyadan Ukrayna kimi milyard qazanacaqlarının düşüncəsiydi.  Bu olmadı. 19 maşını çıxmaq şərtilə 10 milyardlarla pulun Xankəndiyə  gəldiyini görmürük.  Azərbaycan vəziyyətin  mənəvi vəə siyasi qalihbinə çevrildi.  Dünənki Tırların gedişi səhnənin  kütüm mənzərəsini açdı. Orada gəlib bloqpost quranlar indi deyirlər ki, nə yeyib-içib burada özünüzüü taqətdə saxlayırsınız. Düşmən çpörəyidir? Əsla Qızıl Aypara Cəmiyyətinin neytral statusu var. Bəs necə olur ki, Qırmızı  Xaç Komitəsindən alınan çörək halal, Qırmızı Aypara Cəmiyyətindən gələnlər haramdır?”



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər