Tarix: 13-09-2022 | Saat: 19:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Türkiyənin Vitse-prezidenti Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.
F. Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə. Əsədova və Azərbaycan xalqına başsağlığı verib.
Baş nazir başsağlığına görə Türkiyənin Vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.
Digər xəbərlər