Tarix: 01-09-2023 | Saat: 17:52
Bölmə:Karusel / Dünya | çapa göndər
“Ermənistanın hərbi-siyasi rəhbərliyi 2020-ci il iyul ssenarisini təkrar edir.
O zaman Ermənistan Azərbaycanın Qarabağda gözlənilən genişmiqyaslı hücumunun başlanmasını pozmaq, işi payıza uzadıb, gələn ilə qədər pauza qazanmaq üçün Tovuzda təxribat törətdi. Ermənistan düşünürdü ki, Qarabağa yayda gözlənilən hücumun başlanmasını uzatsa, iş növbəti ilin yazına qalacaq. Törətdiyi təxribata görə isə KTMT-yə sığınacaq…
Lakin o vaxt Ermənistan strateji səhvə yol verdi. Azərbaycan gözlənilmədən Qarabağda genişmiqyaslı hücuma keçdi”.
Qarabaqinfo.az-ın məlumatına görə, bu fikirləri hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayram Ermənistanın bugünkü hərbi təxribatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan bugünkü təxribatla 2020-ci ildəki səhvi təkrar edir:
“Ermənistan ümid edir ki, başqa istiqamətdə təxribat törətməklə Qarabağda gözlənilən antiterror əməliyatının qarşısını ala bilər, başlanmasını ləngidər.
Lakin Paşinyan və erməni hərbi-siyasi rəhbərliyi nəzərə almalıdılar ki, iki dövlət arasında olan sərhəd, artıq “şərti” statusu qazanıb. Azərbaycan əsgərinin ayağı dəysə, ora Azərbaycandır!”.
Digər xəbərlər