Saytımızı qiymətləndirin


 
 

Sərhəddə atışma gedir - Hərbçimiz yaralandı
Tarix: 01-09-2023 | Saat: 10:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sərhəddə atışma gedir - Hərbçimiz yaralandı

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

"Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

 

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

 

Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", MN-in məlumatında deyilir.



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər