Saytımızı qiymətləndirin


 
 

Bakıda əhali ən çox nədən ölür? - Qara STATİSTİKA
Tarix: 31-08-2023 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda əhali ən çox nədən ölür? - Qara STATİSTİKA

2022-ci ildə Bakı şəhərində rəsmi qeydiyyatda olan 14532 nəfər dünyasını dəyişib.



Qarabaqinfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında bildirilib.

 

Paytaxt əhalisi arasında ölümün əsas səbəbləri aşağıdakılar olub:



- bəzi infeksion və parazitar xəstəliklərdən – 774 nəfər;



- yenitörəmələrdən – 2059 nəfər;



- qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan – 11 nəfər;



- endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozğunluqlarından – 49 nəfər;



- sinir sistemi xəstəliklərindən – 835 nəfər;



- qan dövranı sisteminin xəstəliklərindən – 7880 nəfər;

 

- tənəffüs sistemi xəstəliklərindən – 377 nəfər;

 

- həzm sisteminin xəstəliklərindən – 450 nəfər;

 

- dəri və dərialtı toxumanın xəstəliklərindən – 5 nəfər;



- sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən – 1 nəfər;

 

- sidik-cinsiyyət sisteminin xəstəliklərindən – 174 nəfər;



- hamiləlik, doğuş və zahılıq dövründə - 2 nəfər;

 

- perinatal dövrdə meydana çıxan bəzi hallardan – 70 nəfər;

 

- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarından – 28 nəfər;

 

- klinik və laborator müayinələrdə aşkar edilən simptomlar,əlamətlər və normadan kənaraçıxmalardan – 1199 nəfər;



- travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən – 618 nəfər.

 



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər