Saytımızı qiymətləndirin


 
 

Prezidentə dəstəkçi olmaq istəyirəm... - Milli Qəhrəmanın tələbə adını qazanan nəvələri DANIŞDI
Tarix: 31-08-2023 | Saat: 17:02
Bölmə:Karusel / Təhsil | çapa göndər

Prezidentə dəstəkçi olmaq istəyirəm... - Milli Qəhrəmanın tələbə adını qazanan nəvələri DANIŞDI

Avqustun 30-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Tələbə adını qazananlar arasında Milli Qəhrəman Tofiq Hüseynovun nəvələri də var.

 

Şəhidimizin nəvəsi Nihad Hüseynzadə 530 balla Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər, Zəhra Ələkbərzadə isə 609.8 balla ADA Universitetinin hüquqşünanslıq (ingilis dilində) ixtisasına qəbul olub.

 

Tofiq Hüseynovun nəvələri sevinc və təəssüratlarını Qarabaqinfo.az-la bölüşüblər.

 

Nihad Hüseynzadə xəbəri ilk qardaşından öyrəndiyini bildirib və gələcək planlarından danışıb.

 

“Çox sevindim, gözəl hisslər keçirdim. Bu xəbəri ilk qardaşımdan öyrəndim. Onun da doğum günüdür. Babam, Milli Qəhrəman Tofiq Hüseynovun, adını daşıyır.

Sonra isə sevincimi atam və anamla bölüşdüm. Onlar da sevindilər. Gələcəkdə dövlətimizdə yararlı, yaxşı şəxsiyyət olmaq, dövlət işlərində cənab Prezidentə dəstəkçi olmaq istəyirəm”.

 

Zəhra Ələkbərzadə isə xəbəri ilk ailəsi ilə paylaşdığını deyib.

 

“11 ildir bu günü gözləyirdim. Hər yeni sinifə daxil olduqda öz-özümə sayırdım ki, 5 ilim qaldı...4 ilim qaldı... Axır ki, gəldi, çatdı. Hələ ki, sevincimi tam yaşaya bilmirəm, şokdayam. Xəbəri ilk bacımla və anamla sonra isə atamla bölüşdüm.  Dünən axşamdan cavabların çıxacağı ilə bağlı müzakirələr gedirdi, o zamandan həyəcanlandım. Mesaj gəldi, ilk özüm öyrəndim, sonra şad xəbəri evdəkilərə yaydım. Atam, bacım da hüquqşünansdır, onların davamçısı olmaq istəyirəm. Həm də hüququn müdafiəsinə durmağı sevirəm, özümü xoşbəxt hiss edirəm”.

 

Tofiq Hüseynov 1991-ci ildə Xocalıda özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Xocalı soyqırımı zamanı dinc sakinləri təhlükəsiz ərazilərə çıxaran zaman şəhid olub.

 

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. modern.az

 


Xəbəri paylaş

1177 dəfə oxunub.

Digər xəbərlər