Saytımızı qiymətləndirin


 
 

Rusiya patriarxı Kirill: “Qazaxıstan tarixi Rus torpağıdır”
Tarix: 07-01-2022 | Saat: 12:42
Bölmə:Karusel / Region | çapa göndər

Müqəddəs İsa məbədində gecə ibadətindən sonra Moskva və bütün Rusiya patriarxı Kirill Qazaxıstan torpağında sülhün bərqərar olması üçün dua edib. virtualaz.org xəbər verir ki, onun sözlərinə Moskva patriarxatının saytı yer verir.

“Biz hamımız bilirik ki, bir vaxtlar vahid və nəhəng ölkəmizin ərazisində bu gün ağır hadisələr baş verməkdədir. İnsanlar ağır vətəndaş qarşıdurması ilə üzləşiblər, qan axıdılır. Və bütün bunlar bizim lap yaxınlığımızda, tarixi Rus torpaqlarında baş verir və buna görə də biz bütün bunlara, qan axıdılmasına, həmin toqquşmalara laqeyd qala bilmərik. Və bu gün mən öz imkanlarım daxilində dualar etdim ki, Allah Qazaxıstan xalqının qəlbinə mərhəmət salsın, bu vətəndaş qarşıdurması dayansın və sülh bərqərar olsun”,-patriarx Kirill bildirib.(virtualaz.org)



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər