Saytımızı qiymətləndirin


 
 

Bayden Priqojinin ölümündən danışdı: Putinin əli var
Tarix: 24-08-2023 | Saat: 10:31
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Bayden Priqojinin ölümündən danışdı: Putinin əli var

ABŞ prezidenti Co Bayden Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğramasına münasibət bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

 

"Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm", - Bayden deyib.

 

O, qəzada Rusiya Prezidenti Vladimir Putinin əli ola biləcəyinə işarə edib.

 

“Rusiyada Putinin arxasında olmadığı çox hadisə yoxdur. Amma hadisənin arxa planını bilmək üçün kifayət qədər məlumatım yoxdur”, - deyə ABŞ Prezidenti qeyd edib.

 

“Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısını dərc edib. Ölənlər arasında "Vaqner"in təsisçisi Yevgeni Priqojin və komandiri Yevgeni Utkin də var.

 

"Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər