Rusiya Ukraynada daha 460 hərbçisini itirdi
Tarix: 21-08-2023 | Saat: 10:34
Bölmə:Karusel / Dünya | çapa göndər
1177 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-08-2023 | Saat: 10:34
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 460 hərbçisini itirib.
Qarabaqinfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 257 930 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 14 zirehli döyüş maşını, 19 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-03-2022, 23:51
Güclü külək məktəbin damını uçurdu
30-09-2026, 21:34
Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
14-01-2023, 15:34
Yeni yubiley medalı təsis edildi
27-01-2022, 12:51
Sabahın hava proqnozu
23-11-2024, 12:29
Çavuşoğlu Azərbaycana gəlir - TARİX
5-08-2024, 17:00
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib
26-04-2026, 19:18
Daxili işlər naziri Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirib

















