Saytımızı qiymətləndirin


 
 

"ASAN xidmət"lə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib
Tarix: 23-07-2025 | Saat: 14:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

"ASAN xidmət"lə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib

2025-ci il iyunun 3-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu” təsdiq edilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Respublikası Hökumətinə bildiriş göndərməlidir.



Xəbəri paylaş

19 dəfə oxunub.

Digər xəbərlər