Saytımızı qiymətləndirin


 
 

Yeni koronavirus dalğası... - Yoluxma sayı 63% artıb
Tarix: 18-08-2023 | Saat: 11:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Yeni koronavirus dalğası... - Yoluxma sayı 63% artıb

İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan dünyasını dəyişib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Qeyd edib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

 

Təşkilat bu ilin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un əsas təhlükə olaraq qaldığını qeyd edib.

 

Bununla əlaqədar olaraq təşkilat ölkələri erkən xəbərdarlıq, müşahidə və hesabat verməyə, koronavirus variantlarını izləməyə, erkən kliniki yardım göstərməyə, yüksək riskli qruplarda gücləndirici peyvəndi təmin etməyə çağırıb.

 

ÜST diqqəti koronavirusun omikron ştammının EG.5 variantının yayılmasının artmasına yönəldib. Son məlumata görə, bu virus 50 ölkədə tapılıb.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər
9-03-2022, 22:44 Nazarbayev Antalyaya getdi