Saytımızı qiymətləndirin


 
 

Sabah yağış yağacaq
Tarix: 17-08-2023 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər