Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib.