Tarix: 07-08-2023 | Saat: 14:40
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Bu gün Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, tanınmış aktyor Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Modern.az-ın əməkdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olan R.Balayevlə əlaqə saxlayaraq, “İstiqlal” ordeninə layiq görülməsi ilə bağlı təəssüratlarını öyrənib.
Əməyinin yüksək qiymətləndirildiyini deyən sənətçi Prezidentə təşəkkürünü bildirib.
“Sağ olsunlar ki, mənim əməyimi qiymətləndiriblər. Təşəkkür edirəm Prezidentimizə. Mənə göstərdiyi diqqət və qiymətə görə minnətdaram. Mənim üçün gözlənilməz oldu. Yubileyimdə təltif olunmağım xoşdur”, - Xalq artisti vurğulayıb.
Qeyd edək ki, sabah Rasim Balayenin doğum günüdür. Onun 75 yaşı tamam olur.
Digər xəbərlər