Tarix: 04-08-2023 | Saat: 17:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dəyişiklik edilib.
Qarabasginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
İndiyə qədər 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənirdi.
Büdcə qaydasına uyğun borclanma strategiyasının təsdiqi və tətbiqi dəyişib.
Sərəncama əsasən, Maliyyə Nazirliyi 2026-cı ilədək dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli dövrün sonuna hədəflənən yuxarı həddinin 30 % olmasını təmin etməlidir. İndiyə qədər bu tələb 20% idi.
Digər xəbərlər