Saytımızı qiymətləndirin


 
 

Ermənistan təxribatlara bəraət qazandırmağa çalışır 
Tarix: 03-08-2023 | Saat: 14:19
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan təxribatlara bəraət qazandırmağa çalışır 

 

Ermənistanın iyunun 15-də Azərbaycanın tikdiyi Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində bayrağımızı ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir Nikol Paşinyanın Azərbaycanın təxribatı kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

 

Qeyd olunub ki, Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur:

 

"Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib".



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər