REAL partiyası bağlansa Erkin Qədirli mandatından imtina edə bilər - İlqar Məmmədov
Tarix: 20-07-2023 | Saat: 14:26
Bölmə:Karusel | çapa göndər
154 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-07-2023 | Saat: 14:26
Bölmə:Karusel | çapa göndər
REAL partiyası bağlansa Erkin Qədirli mandatından imtina edə bilər - İlqar Məmmədov
Siyasət
14:12 | 20.07.2023

REAL partiyası bağlandığı təqdirdə Erkin Qədirli deputat mandatından imtina edə bilər. Bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib.
"Biz partiya olaraq qeydiyyatımızın ləğv olacağı təqdirdə Erkin Qədirli haqqında hansı qərar verəcəyimizi hələ ki, müzakirə edirik Azərbaycanda seçki sistemi majoritardır. Hər bir deputat partiyanı təmsil etməklə yanaşı, həm də öz dairəsinin seçicilərini təmsil edir. Bu baxımdan Azərbaycan seçki sistemi Böyük Britaniya və Amerika parlament sisteminə oxşayır. Avropada partiyaların intizamı daha yüksəkdir. Bizdə isə deputat həm özünü təmsil edir, həm partiyanı təmsil edir, həm də seçiciləri. Biz partiya olaraq qeydiyyatımızın ləğv olacağı təqdirdə hansı qərar verəcəyimizi hələ ki, müzakirə edirik. Amma ola bilər ki, vətəndaşlar hökumətin bu qərarına etiraz edərək Erkin Qədirlinin parlamentdən çıxmasını tələb etsinlər. Partiyamızın da belə bir qərar verməsi mümkündür. Hələlik bununla bağlı qəti bir qərar yoxdur, amma ola bilər", - Məmmədov iyulun 20-də keçirdiyi brifinqdə deyib.
Erkin Qədirli Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü olaraq Milli Məclisinin VI çağırış deputatıdır. O, 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib olub. Erkin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü seçilib.
Xəbəri paylaş
Digər xəbərlər
1-04-2023, 12:24
“Onu azad edin!”- Bayden “The Wall Street Journal”ın müxbiri ilə bağlı çağırış etdi
4-06-2021, 17:00
AZƏRTAC şəhid jurnalistlərlə bağlı üzvü olduğu beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
30-01-2026, 16:42
Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də açılacaq
10-11-2022, 16:03
İsmayıllıda ata və oğlu bıçaqlandı
19-04-2025, 14:00
Romada İran-ABŞ danışıqlarının II raundu başlayıb
21-06-2024, 21:50
Həyat marşrutu...
5-05-2021, 16:53
Yoluxanların sayı artdı
5-05-2023, 13:31
Dünyada ərzağın qiyməti artıb
30-10-2024, 14:38
Hikmət Hacıyev: “Washington Post" mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır


















