Saytımızı qiymətləndirin


 
 

Rusiyadan MDB ölkələrinə pul köçürmələri kəskin azalıb- RƏQƏMLƏR
Tarix: 13-07-2023 | Saat: 17:32
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

Rusiyadan Qazaxıstan, Gürcüstan, Ermənistan və Qırğızıstana pul köçürmələri müharibə başlayandan bəri ilk dəfə olaraq kəskin şəkildə azalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Zolotaya Korona” və “Unistream” sistemləri vasitəsilə köçürmələri nəzərə alan mərkəzi bankların məlumatlarına istinadən yazıb.

2023-cü ilin may ayında köçürmələr arasında populyar olan 4 ölkəyə 625,9 milyon dollar köçürülüb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 33 faiz azdır.

Bundan əvvəl MDB ölkələrinə pul köçürmələrinin həcmi il ərzində yalnız artıb. Ən yüksək həddə isə 2022-ci ilin oktyabrında Rusiyada səfərbərlik elan edildikdə çatıb – 1,1 milyard dollar. O zaman transferlərdə illik artım 210 faiz idi.

Ən çox azalan Qazaxıstana köçürmələrin həcmi olub. Məbləğ 78 azalaraq 23,7 milyon dollara enb. Eyni zamanda, 2022-ci ildə ruslar pul köçürmə sistemləri vasitəsilə bu ölkəyə təxminən 775,4 milyon dollar köçürüblər ki, bu da 2014-cü ildən bəri rekord göstəricidir.

Gürcüstana köçürmələrin həcmi illik müqayisədə 55 faiz azalaraq 154,7 milyon dollar olub. 2022-ci ildə ruslar ölkəyə təxminən 2 milyard dollar çıxarıb və bu, ən azı 2012-ci ildən bu yana rekord göstərici olub.

Qırğızıstana köçürmələr 35 faiz azalaraq 160,5 milyon dollar təşkil edib. Eyni zamanda, apreldə bu rəqəm daha çox – 41 faiz azalıb. 2022-ci ildə ruslar Qırğızıstana 2,7 milyard dollar köçürüb ki, bu da 2021-ci illə müqayisədə cəmi 3 faiz çoxdur.

Ermənistan pul köçürmələrinin artmaqda davam etdiyi yeganə MDB ölkəsi olub. 2023-cü ilin may ayında bu ölkəyə 287 milyon dollar köçürülüb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 8 faiz çoxdur. Lakin bundan əvvəl artım templəri xeyli yüksək idi: 2022-ci ilin martında 85 faizdən 2023-cü ilin fevralında 628 faizə qədər. 2022-ci ildə Rusiyadan Ermənistana 3,6 milyard dollar “axıb” ki, bu da 2004-cü ildən bəri bütün statistik dövr ərzində rekord göstəricidir.

Xüsusi hərbi əməliyyatın başlaması ilə beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” Rusiyanı tərk etdi. Onların Rusiya bankları tərəfindən buraxılan kartları xaricdə fəaliyyətini dayandırdı. Qonşu ölkələrin bankları kartların açılması üçün nisbətən sadə şərtlər irəli sürürlər və pul köçürmə sistemləri xarici hesabların doldurulmasının ən əlçatan və sürətli üsullarından birinə çevrilib.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər