Saytımızı qiymətləndirin


 
 

Putin: "Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur"
Tarix: 14-05-2022 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Putin: "Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur"

Rusiya və Finlandiya prezidentləri Vladimir Putin və Sauli Niinistö arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Finlandiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Finlandiya rəhbərliyinin NATO-ya üzv olmaq üçün müraciət etmək niyyətini elan etməsi ilə bağlı səmimi fikir mübadiləsi aparılıb.

Vladimir Putin qeyd edib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində belə bir dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər.

Liderlər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Xüsusilə Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər