Saytımızı qiymətləndirin


 
 

Oğurlandığı deyilən tələbə ilə bağlı universitetdən AÇIQLAMA
Tarix: 31-10-2022 | Saat: 10:27
Bölmə:Karusel | çapa göndər

Oğurlandığı deyilən tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

 

İddialara əsasən, kimliyi məlum olmayan həmin şəxs bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbənin bir neçə gün sonra intihar etdiyi bildirilib.

 

Modern.az-ın əməkdaşı Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynovla əlaqə saxlayaraq, tələbənin oğurlanması barədə xəbərlərin doğru olub-olmadığını dəqiqləşdirib. Mətbuat katibi bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri arasında oğurlanan və intihar edən olmayıb.

 

"Bizim universitetdə belə hadisə baş verməyib" - Cavid Hüseynov deyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər