Saytımızı qiymətləndirin


 
 

Ali Attestasiya Komissiyasından məsuliyyətə cəlb edilən professorla bağlı AÇIQLAMA
Tarix: 12-07-2023 | Saat: 17:13
Bölmə:Karusel | çapa göndər

 

 

Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyev barədə açıqlama yayıb.

Komissiyadan bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.

Qeyd olunub ki, ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir:

“Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.

Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tarixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.

Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək”.



Xəbəri paylaş

87 dəfə oxunub.

Digər xəbərlər