Saytımızı qiymətləndirin


 
 

Prezidentin işdən çıxardığı rektora şok ittiham
Tarix: 12-07-2023 | Saat: 13:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezidentin işdən çıxardığı rektora şok ittiham

"Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı. Xanımın söylədiyinə görə, Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya Məhkəməsinə şikayət edib, lakin heç bir nəticə əldə etməyib. Düşünürəm ki, müəllimlərin işinə baxan hakimlərin çıxardığı qərarlar yenidən sərf-nəzər edilməlidir. Leyla xanımın dediyinə görə, haqsızlıqlar ucbatında depressiyaya düşüb". 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında paylaşıb.

O, Mustafa Babanlının işdən çıxarılan müəllimlə intriqa apardığını qeyd edib:

"Sual olunur: Nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və Təhsil Nazirliyində baxılmayıb? Xanımın dediyinə görə, onların müraciətinə cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın. Rektor qadınla intriqa aparırmış. 

Qeyd edim ki, Leyla xanım Abıyeva Respublikının görkəmli pediatorları Rauf Abıyev və Anaxanım Axundovanın övladıdır".(Yenisabah.az) 



Xəbəri paylaş

1139 dəfə oxunub.

Digər xəbərlər