Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir
Tarix: 11-07-2023 | Saat: 19:57
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti: Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir

Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, - deyə dövlət başçısı vurğulayıb.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər
3-04-2022, 16:15 Oğuzda meşə yanır