Saytımızı qiymətləndirin


 
 

Əhməd Hüseynovun məhkəmə zalında həbsi tələb edildi
Tarix: 11-07-2023 | Saat: 14:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

ehmed-huseynovun-mehkeme-zalinda-hebsi-teleb-edildi

Səbail bələdiy,yəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Qarabaginfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Ə.Hüseynovun verilmiş ittihamlarla təqsirli bilinməsini, lakin yaşını və digər halları nəzərə alaraq ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttiham nitqində qeyd olunub ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında dərhal həbs edilməlidir.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində ibtidai və məhkəmə istintaqı dövründə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər