Saytımızı qiymətləndirin


 
 

Qaz qurğularının müayinəsi və monitorinqinin keçirilməsinə məsul qurumlar müəyyənləşib
Tarix: 05-07-2023 | Saat: 16:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qaz qurğularının müayinəsi və monitorinqinin keçirilməsinə məsul qurumlar müəyyənləşib

Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası təsdiq edilib.

Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Monitorinq müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qaydaya uyğun olaraq qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən keçiriləcək.

Qaydaya görə, Monitorinqin məqsədi müayinə keçirilməsində və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunmasını, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasını, monitorinq keçirilən subyektlər tərəfindən qanunun tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Qərara əsasən, monitorinq subyektləri aşağıdakılardır:

- qaz paylayıcısı;

- yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);

- balansında dövlət mənzil fonduna aid binaları olan dövlət

orqanları (qurumları);

- ixtisaslaşmış podratçılar;

- istehlakçılar.

Nəzarət orqanları bu Qaydada nəzərdə tutulmuş istiqamətlər üzrə monitorinqin keçirilməsi ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdirlər.

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeli- yində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

- qaz paylayıcısı tərəfindən istehlakçının qaz qurğularına və qaz xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

- istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

- qazpaylayıcı şəbəkəyə texniki xidmətin həyata

keçirilməsi;

- müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz

qoşulma halları aşkar edildikdə Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi;

- müayinənin və texniki xidmətin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərdə bu Qaydada nəzərdə tutulmuş subyektlər tərəfindən müəyyən edilmiş müddətlərə və hərəkətlərə əməl edilməsi;

- ixtisaslaşmış podratçıların fəaliyyəti.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

- İstehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

- istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

- yaşayış binalarında və dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi.

Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan

Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

Nəzarət orqanları tərəfindən monitorinq aşağıdakı üsullarla həyata keçirilir:

- Reyestrə daxil edilmiş məlumatların toplanılması, qiymətləndirilməsi, təhlili və yoxlanılması;

- monitorinqin məqsədləri üçün subyektlərin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər