Saytımızı qiymətləndirin


 
 

Kişinyov aeroportunda atəş açan şəxs ölüb- Moldovada milli matəm günüdür
Tarix: 04-07-2023 | Saat: 12:31
Bölmə:Karusel / Region | çapa göndər

Kişinyov hava limanında atəş açaraq iki zabiti güllələyən Tacikistan vətəndaşı Rüstəm Aşurov saxlanma zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tacikistan vətəndaşı Rüstəm Aşurov iyunun 30-da Kişinyov hava limanında atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, onun Moldova ərazisinə buraxılmamasından sonra baş verib. Nəticədə iki zabit həlak olub – 31 yaşlı sərhəd polisi Sergey Muntyanu və hava limanının təhlükəsizlik inspektoru, dövlət mühafizə xidmətinin ehtiyatda olan polkovnik-leytenantı, 40 yaşlı İqor Çofu. Onların ölümü ilə əlaqədar iyulun 4-də Moldovada milli matəm elan edilib.

Həbs zamanı RüstəmAşurov çoxsaylı güllə yaraları alıb. Tacikistan Baş Prokurorluğu onun mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu açıqlayıb.(Azpost.info)



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər