Saytımızı qiymətləndirin


 
 

Putin, Si Cinpin və Modi bugünkü sammitdə nəyi müzakirə edəcək?- “Reuters” açıqladı
Tarix: 04-07-2023 | Saat: 12:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi ŞƏT-in bugünkü onlayn sammitində İran və Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, Rusiya lideri üçün “Vaqner”in qiyam cəhdinin qarşısının alınmasından sonra beynəlxalq tədbirdə ilk çıxış olacaq.

“ŞƏT liderləri Hindistanın ev sahibliyi ilə Avrasiya qrupunun İranı da daxil etmək üçün təsirini genişləndirmək və Belarusa üzvlük yolunu açmaq üçün onlayn sammit keçirəcəklər”, – məlumatda deyilir.(Azpost.info)



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər