Saytımızı qiymətləndirin


 
 

Ötən il buraxılış və qəbul imtahanlarında ən çox qayda pozuntusuna yol verən bölgələr açıqlanıb
Tarix: 03-07-2023 | Saat: 17:55
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ötən il buraxılış və qəbul imtahanlarında ən çox qayda pozuntusuna yol verən bölgələr açıqlanıb

2022-ci ildə qəbul imtahanlarında qayda pozuntusuna yol verənlərin 33,7%-i ibtidai təhsil, 12,1%-i digər ixtisaslara, 10,7%-i isə tarix ixtisasına sahib nəzarətçilərdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, 2021-ci ildə qayda pozuntusuna yol verənlərin 32%-i ibtidai təhsil, hər biri 12,2% olmaqla tarix və ingilis dili ixtisasına malik nəzarətçilərdir. 2020-ci ildə qayda pozuntusuna yol verənlərin 34,5%-i ibtidai təhsil, 14%-i tarix müəllimləri idi. 2019-cu ildə isə belə hallara yol verənlərin 20,9%-i ibtidai təhsil, 14,9%-i ingilis dili, 12,3%-i tarix, 9,8%-i ana dili və ədəbiyyat, 6,8%-i kimya, 3,8%-i əmək təlimi müəllimləri olub.

2010–2019-ci illərdə qəbul imtahanlarında iştirak edən ana dili və ədəbiyyat müəllimlərinin sayının nəzarətçilərin ümumi sayının kiçik bir hissəsini (2010-cu ildə 9,8%, 2011-ci ildə 12,2%, 2012-ci ildə 14,8%, 2013-cü ildə 17,4%, 2014-cü ildə 14,6%, 2015-ci ildə 16,3%, 2016-cı ildə 12,9%, 2017-ci ildə 10,7%, 2018-ci ildə 11,3%, 2019-cu ildə 8,5%) təşkil etməsinə baxmayaraq, yol verilən qayda pozuntularının böyük bir hissəsi (uyğun olaraq 2010-cu ildə 18,4%, 2011-ci ildə 24,2%, 2012-ci ildə 16,1%, 2013-cü ildə 33,6%, 2014-cü ildə 25,1%, 2015-ci ildə 27,7%, 2016-cı ildə 20,6%, 2017-ci ildə 17,7% , 2018-ci ildə 12,7%, 2019-cu ildə 9,8%) onların payına düşürdü. Aradakı fərqin ilbəil azalması bazaya yeni ana dili və ədəbiyyat müəllimlərinin götürülməməsi və fəaliyyəti qeyri-qənaətbəxş hesab edilənlərin bazadan çıxarılması ilə əlaqədar idi. Nəhayət, 2020-ci ildə ana dili və ədəbiyyat müəllimləri ilə bağlı bu tendensiya sona çatdı. Belə ki, bu göstəricilər 2020-ci ildə uyğun olaraq 4,7%, 2,8% , cari ildə isə 6,4% və 3,8% olub.

Bu nəticələrə əsasın demək olar ki, riyaziyyat, fizika, biologiya və coğrafiya müəllimləri imtahan zallarını daha yaxşı idarə edirlər. İdman müəllimlərinin son illərdəki nəticələrinin yaxşılaşmasını da bazaya bu ixtisas üzrə yeni nəzarətçilərin götürülməməsi və cari bazada ən bacarıqlıların saxlanılması ilə izah etmək olar.

Həm buraxılış, həm də ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi bəzi rayonlarda, məsələn, Şəmkir, Qazax, Ağstafa, Bərdə, Kürdəmir, Salyan və Masallıda qayda pozuntusu hallarına daha çox şərait yaradılıb. Şəmkir, Qazax, Ağstafa və Kürdəmir rayonları 2020 və 2021-ci ildə də qayda pozuntusuna daha çox yol verən rayonlar arasında idi.

Yalnız buraxılış imtahanlarının keçirildiyi rayonlar üzrə qayda pozuntusu hallarına ən çox Ağdaş, Biləsuvar, Lerik, Yardımlı, Siyəzən, Sədərək və Şərur rayonlarında rast gəlinir. Qəbul və buraxılış imtahanlarında kompüter proqramı vasitəsilə köçürməyə yol verdiyi müəyyənləşdirilən nəzarətçilərin ümumi sayı 346, imtahan rəhbərləri tərəfindən və imtahanda baş verən xüsusi halların araşdırılması zamanı təlimata zidd digər pozuntulara yol verdiyi müəyyənləşdirilən

nəzarətçilərin ümumi sayı 265 nəfərdir. Bunlardan ağır köçürməyə yol verən nəzarətçilərin sayı 65, digər ciddi təlimat pozuntularına yol verən nəzarətçilərin sayı 59 nəfərdir. Bu göstəricilər buraxılış imtahanları üzrə uyğun olaraq 113, 133, 14 və 37, qəbul imtahanları üzrə 233, 132, 51 və 22-dir.



Xəbəri paylaş

1161 dəfə oxunub.

Digər xəbərlər