Tarix: 21-09-2026 | Saat: 07:36
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harrisin 2028-ci il prezident seçkilərində yenidən namizədliyini irəli sürməyəcəyi ehtimal olunur.
Qarabaginfo.az xəbər verir ki, Bu barədə onun sabiq köməkçiləri və müşavirləri “Axios” portalına bildiriblər.
Məlumata görə, Harrisin yaxın çevrəsində olmuş səkkiz nəfərdən yalnız biri onun namizədliyini irəli sürə biləcəyini düşünür. İki nəfər hər iki ehtimalın təxminən bərabər olduğunu bildirib, beş nəfər isə Harrisin 2028-ci ildə prezidentliyə namizəd olmayacağını gözlədiyini deyib.
Sabiq müşavirlər hesab edirlər ki, Harrisin hazırda yenidən prezidentliyə namizəd olmaq niyyətini göstərən fəallığı yoxdur. Onlar bunu ölkə üzrə aktiv səfərlər etməməsi, ictimai debatlarda iştirak etməməsi və seçki kampaniyası üçün müvafiq komanda formalaşdırmaması ilə əlaqələndiriblər. Həmçinin Harrisin kampaniya üçün kifayət qədər maliyyə toplamaqda çətinlik çəkə biləcəyini düşündüklərini bildiriblər.
Harris özü isə hələlik 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb.
Qeyd edək ki, Harris 2024-cü ilin noyabrında keçirilən ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampa məğlub olub.
Digər xəbərlər

















